Boliviyada daşqın nəticəsində 13 nəfər ölüb
27 Dekabr 2021 10:16 DünyaBoliviyada leysan yağışlarının səbəb olduğu daşqın nəticəsində 13 nəfər ölüb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqın 400 evin zədələnməsinə səbəb olub. Onlardan 80-ni yararsız hala gəlib. Hadisə nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.
Leysan yağışları ölkənin 9 departamentindən 7-nə zərər vurub.
Ümumilikdə azı 1000 ailənin leysandan zərər çəkdiyi bildirilir. Bir neçə yaşayış məntəqəsində təxliyə işləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31