Bu ölkədə çimərliklərdə siqaret qadağan edilib
25 Dekabr 2021 13:14 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada çimərliklərdə siqaret qadağan edilib. Qadağaları pozanlar 2000 avroya qədər cərimələnəcəklər.
İspaniya çimərliklərində siqaret kötüklərinin yaratdığı çirklənmənin qarşısını almaq üçün yeni addım atıb.
Qanun layihəsinə əsasən, bütün çimərliklərdə siqaret çəkmək qadağan olunacaq.
Ölkədə 280 mindən çox adam mövzuyla əlaqədar ərizə başladıb. Bu kampaniyadan sonra hökumət qanuna dəyişiklik etməyə qərar verib.
Qanun Məclisdə 182 "hə" səsini toplayıb və qəbul edilib. Qanun layihəsinə 70 deputat əleyhinə səs verib, 88 nəfər isə bitərəf qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31