Zəncirvari yol qəzası baş verib -10 nəfər öldü
25 Dekabr 2021 12:10 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın cənub-qərbindəki Xuzistan əyalətində zəncirvari yol qəzası baş verib. Qəza nəticəsində 10 nəfər ölüb.
Bu barədə İranın dövlət televiziyasında məlumat verilib.
Məlumata görə, Xuzistan
əyalətinin mərkəzi Əhvaz şəhəri ilə Hürrəmşəhir rayonu arasındakı yolda zəncirvari yol qəzası baş verib .
Yük maşını ilə avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralıların ətraf xəstəxanalara aparıldığı, qəzanın səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31