Gürcüstan parlamentinin sədri istefa verdi
24 Dekabr 2021 18:32 DünyaGürcüstan parlamentinin spikeri Kaxa Kuçava vəzifəsindən istefa verib.
Olaylar.a xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İraakli Kobaxidze deyib.
K.Kuçavanın bundan sonra vacib dövlət layihəsi ilə məşğul olacağı bildirilib.
Eyni zamanda, Gürcüstan parlamentinə Şalva Papuaşvilinin rəhbərlik edəcəyi deyilir.
Mənbə: trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31