Lukaşenko ilə Putin Sankt-Peterburqda görüşəcək
24 Dekabr 2021 16:56 DünyaRusiya prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko dekabrın 28-29-da Sankt-Peterburqda görüşəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətində məlumat verilib.
Lukaşenko dekabrın 28-də Sankt-Peterburqa gedəcək və MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək. Görüşdə ümumi aktual problemlər və əməkdaşlığın səmərəliliyinin artırılması üçün gələcək addımlar müzakirə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31