Putin və İsrail prezidenti arasında telefon danışığı olub
24 Dekabr 2021 15:19 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentləri Vladimir Putin və İsrail prezidenti İsaak Hersoq telefon danışığı keçirib. Onlar ikitərəfli əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər .
Bu barədə Kremlin mətbuat xidmətinin dekabrın 24-də yaydığı məlumatda bildirilib.
"Prezidentlər bir-birini Yeni il münasibətilə təbrik edib və ilk növbədə humanitar sahədə ikitərəfli əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.
Məlumata görə, İkinci Dünya Müharibəsi ilə bağlı tarixi həqiqətin qorunub saxlanılması və onun nəticələrinə yenidən baxılması cəhdlərinin qarşısının alınması kimi ümumi məqsədə xüsusi diqqət yetirilib. İki ölkə liderləri davamlı əlaqə saxlamağa razılaşıblar.