Ersin Tatar Ərdoğanla görüşdü
24 Dekabr 2021 15:16 DünyaŞimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. "OLAYLAR" xəbər verir ki, Ankarada baş tutan görüşdə bir sıra mühüm məsələlər müzakirə edilib. Görüşdən sonra açıqlama verən Ersin Tatar Ərdoğanla ikili görüşmənin məhsuldar keçdiyini, görüşdə müxtəlif sahələrdə əməkdaşlıq, COVİD-19-a qarşı mübarizə, türk lirəsinin mövcud durumu, eləcə də Kipr problemi ətrafında məsələlərin müzakirə edildiyini dilə gətirib. Ersin Tatar qeyd edib ki, Türkiyə prezidenti hər zamankı kimi yenə də Türkiyənin bütün istiqamətlərdə Şimali Kiprə dəstək verəcəyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31