Azərbaycanlı gənc yüksək vəzifəli məmuru döydü - ANBAAN VİDEO
24 Dekabr 2021 15:02 DünyaRusiyanın paytaxtı Moskvada məşhur dövlət şirkətinin vitse-prezidentini döyən azərbaycanlı saxlanılıb.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki restoranların birində baş verib. "Rostelekom" şirkətinin vitse-prezidenti İqor Zimin yaxınları ilə restoranda əyləşərkən qonşu masadakı Azərbaycan vətəndaşı Ruslan Seyidömərovla mübahisə edib. Nəticədə 31 yaşlı azərbaycanlı onu döyüb.
Ruslan Moskvanı tərk etsə də, tezliklə saxlanılıb. Onu 5 ilə qədər həbs cəzası gözlədiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31