Xorvatiyalı futbolçu məşqdə dünyasını dəyişdi

Xorvatiyalı futbolçu Marin Kaçiç məşqdə huşunu itirərək dünyasını dəyişib. 
Olaylar.az-ın məlumatına görə, 3 gün əvvəl 23 yaşlı müdafiəçi Xorvatiya çempionatının üçüncü güclü divizionunda çıxış edən "Nehaj" (Senj) klubunun məşqi zamanı huşunu itirib.

İdmançı xəstəxanaya çatdırılıb, orada Kaçiçə ürək çatışmazlığı diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq futbolçunu xilas etmək mümkün olmayıb. O, dekabrın 23-ü dünyasını dəyişib.
Xatırladaq ki, Kaçiç gənclik karyerasına Riyekada (Xorvatiya) başlayıb, sonra Nehaiyə köçməzdən əvvəl bir müddət İtaliyada olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31