14 yaşlı qız polis gülləsinə tuş gələrək öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində 14 yaşlı qız geyim mağazasının soyunub-geyinmə otağında polis gülləsindən ölüb.Şəhərdə izdihamlı univermaqda bir şəxsin qəribə hərəkətlər edərək velosiped kilidi ilə qadına hücumundan sonra hadisə yerinə polis çağırılıb.Polislər,  hücum xəbəri alaraq mağazaya göndərildiyini, hücumçunun isə atəş açılaraq öldürüldüyünü bildirib.Hadisə zamanı güllələrdən birinin divarı deşərək soyunub-geyinmə otağına dəydiyini qeyd edən polislər,   arxası görünməyən  divarda dəlik gördükdən sonra  gənc qızın   ölüdüyünü bildiriblər.Baş prokuror Rob Bonta bildirib ki, Kaliforniya Ədliyyə Departamenti hücumu araşdırır.Hücum edilən qadının xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olmadığı bildirilib.Gənc qızın və şübhəlinin, eləcə də hücuma məruz qalan qadının kimliyi açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31