Son 11 ayda 20 ton narkotik maddə müsadirə edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada son 11 ayda 20 ton narkotik maddə müsadirə edilib.

Bu barədə dekabrın 24-də  Rusiya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsini icra edən Kirill Smurov mediaya açıqlamasında  bildirib.

"Bu il 11 ayda müsadirə edilmiş narkotik vasitələrin miqdarı 20 tona yaxınlaşıb. Məhkəməyə göndərilən işlərdə istintaq yekunlaşıb, 60 tona yaxın qadağan olunmuş maddə əldə olunub. Bir anda bu qədər maddə ələ keçirildi "-deyə o söyləyib.

Smurov əlavə edib ki, 2016-cı ildən Səhiyyə Nazirliyində qeydiyyatda olan narkomanların sayı təxminən dörddə bir (23 faiz) azalıb ki, bu da 448 min nəfərdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31