Bərə yandı : 30 nəfər öldü
24 Dekabr 2021 12:13 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Banqladeşdə bərədə yanğın baş verdi. Yanğın nəticəsində azı 30 nəfər ölüb. Ölənlərin sayının artacağı bildirilib.
Bu barədə Banqladeş Fövqaladə Hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, xilasetmə işləri zamanı 30 yanmış cəsədin tapıldığını, 65 sərnişinin isə xilas edildiyini bildirib.
Qəza ilə bağlı axtarış-xilasetmə işləri davam edir.
Əlavə olaraq, yanğın baş verən zaman bəzi sərnişinlərin çaya tullanması barədə də məlumat paylaşıb.
Polis rəsmisi Xalilur Rəhman mətbuata açıqlamasında dekabrın 24-də axşam saatlarında ən azı 500 sərnişinlə paytaxt Dəkkədən yola düşən bərənin Barquna bölgəsinə doğru hərəkət etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31