Omicron Deltadan daha təhlükəli deyil, lakin daha yoluxucudur - ekspert

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,Gamaleya Mərkəzinin direktoru Alexander Gintsbur, SARS-CoV-2 Omicron variantının Delta ştamından daha təhlükəli olmadığını, lakin əhali arasında daha sürətli yayıldığını qeyd edib.

Bu barədə Alexander Gintsbur "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Bu günə qədər əlimizdə olan ilkin məlumatlara görə, Omikron ştammının, Delta ştamından heç bir parametrə görə daha təhlükəli və ya daha virulent olduğunu deyə bilmərik . O daha çox yoluxucudur, təhlükəli deyil "- deyə söyləyib.

Əlavə olaraq,  koronavirus hadisələrinin sayı çox yüksək ola bilər, çünki Omicron ştammı əhali arasında, xüsusən də peyvənd olunmayanlar arasında daha sürətli yayılır. Belə olduqda ictimai səhiyyə sistemi, yoluxmuşlar və xəstəxanalar üçün bütün nəticələrlə vəziyyətin öhdəsindən gələ bilməyəcəyini bildirib. 

O, Omicrondan əziyyət çəkən insanlar olduqda mövcud koronavirus peyvəndinin dəyişdirilməsinə ehtiyac duyacağını söyləyib.

"İndi laboratoriya məlumatları göstərir ki, buna ehtiyac yoxdur", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31