ÜST uşaqların kütləvi vaksinasiyasını tövsiyə etmir
24 Dekabr 2021 10:41 DünyaÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin koronavirusa qarşı kütləvi peyvənd edilməsini tövsiyə etmir.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin immunlaşdırma üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun çərşənbə günü Cenevrədə yaydığı bəyanatda deyilir.
Bildirilir ki, bu yaş qrupunda ciddi xəstəlik halları azdır və bundan əlavə, bir sıra ölkələrdə əhalinin yüksək risk qrupundan hələ tam peyvənd olunmayan təbəqələr var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31