Məşhur fəstfud şəbəkəsindən biabırçılıq: Sifarişindən toyuq başı çıxdı - FOTO

İngiltərədə fəstfud sifariş verən qadın gördüyü mənzərə qarşısında təəccüblənib.

OLaylar.az "republicworld.com"a istinadla xəbər verir ki, Qabriella adlı qadının sifariş verdiyi qanadların içərisindən toyuq başı çıxıb.

Sosial şəbəkə hesabından toyuq başını paylaşan qadın yeməyi KFC Feldamdan sifariş verdiyini yazıb.

Tvitter istifadəçiləri gördüklərindən şok olduqlarını yazıblar.

KFC fəstfud şəbəkəsi isə şikayəti ciddi qəbul etdiklərini və tədbir görüləcəyini açıqlayıb. Şirkətin açıqlamasında həmçinin şikayətçi qadınla əlaqə saxlayaraq onun və ailəsinin vəziyyətlə yerində tanış olmaq üçün restorana dəvət edildiyi qeyd olunub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31