Gürcüstanda “Omikron” ştamına yoluxma halları yenidən artıb

Gürcüstanda koronavirusun "Omikron" ştamına yoluxma yenidən artıb. Dekabrın 23-də daha 5 nəfərdə "Omikron"a yoluxma təsdiqlənib.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Birinci kanalın (1tv.ge) efirində bildirib.

Onun sözlərinə görə, Gürcüstanda indiyədək ölkədə yeni ştama 29 yoluxma halı təsdiqlənib və bütün hallarda xəstəlik yüngül formada keçir.

O, ölkədə "Omikron"a yoluxma hallarının artacağını istisna etməyib.

Qeyd edək ki, Gürcüstanda "Omikron" ştamına ilk 2 yoluxma dekabrın 20-də təsdiqlənib.

Mənbə: azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31