6000 illik məzarlar açıldı: Heyrətləndirən məqam üzə çıxdı - Dəfn olunan şəxslər...
23 Dekabr 2021 19:19 DünyaBöyük Britaniyanın Kotsuold bölgəsi yaxınlığnda yerləşən 35 nəfərin dəfn olduğu məzarlıq tədqiq edilmək üçün açılıb.
Olaylar.az xəbər verir ki, alimlər məzarlardakı qalıqları araşdıranda təəccübləniblər. Məlum olub ki, 35 nəfərdən 27-si eyni ailənin üzvləridir. Bildirilir ki, bu indiyə qədər məlum olan ən qədim ailə məzarlığıdır. Alimlər hesab edir ki, onlar b.e.ə 3700-3600 illər arasında yaşayıb.
Elm adamlarının sözlərinə görə, ailə üzvləri İngiltərənin ilk fermerlərindən biri olub.
Mənbə: metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31