Vladimir Putin: Məhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil
23 Dekabr 2021 18:52 DünyaMəhəmməd peyğəmbəri təhqir etmək yaradıcılıq azadlığı deyil.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin böyük mətbuat konfransı zamanı söyləyib.
O deyib ki, Məhəmməd peyğəmbərin təhqir edilməsi, yaxud Hitlerin şəklinin "Ölməz alay" saytında yerləşdirilməsi dini azadlığın pozulması və müsəlmanların müqəddəs hisslərinə toxunmaqdır. Bu cür hərəkətlər, məsələn, Fransadakı kimi, daha kəskin ekstremist cinayətlərə yol açır.
Mənbə: azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31