Kanadanın baş naziri karantinə alınıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Baş naziri Castin Trudeau, komandasının altısının Covid-19 testlərinin müsbət çıxmasından sonra özünü karantinə aldığını açıqlayıb.

 Bu barəd Kanadanın Baş naziri Trudeau, paytaxt Ottavadakı iqamətgahından onlayn mətbuat konfransında bildirilib.
Müntəzəm testlərdən keçdiyini və təmaslarını mümkün qədər azaltmaq kimi ictimai sağlamlıq protokollarına əməl etdiyini ifadə edən Trudeau, "Bu günə qədər tövsiyələrə əməl etdim. Sürətli testlərlə müntəzəm testlər etdim. İndiyə qədər nəticələr mənfidir. Testin nəticəsi müsbət olarsa, bunu biləcəksiniz, söz verirəm. Təbii ki, ictimai sağlamlıq qaydalarına əməl etməyə davam edəcəyik"- deyə o söyləyi.

Trudeau, işçilərinin və təhlükəsizlik işçilərinin  test nəticələrinin müsbət çıxması ilə bağlı nə vaxt öyrəndiyi barədə məlumat paylaşmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31