Kanadada hicaba görə müsəlmanları təhqir etdilər

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Kanadada anti-İslamçılıq bir tibb həkiminin yazısında əks olunub. Kanada Tibb Assosiasiyasının nəşrində dərc olunan məqalədə hicabın "məzlum və uşaq istismarı vasitəsi" olduğu iddia edilib. Yazıya  verilən reaksiya qalmaqala səbəb olub.

Müsəlmanlar baş örtüyünə görə təhqir olunub.

Həkim Şərif Emilin imzası ilə yazılan yazıda çadranın təzyiq vasitəsi kimi istifadə edildiyi iddia edilib, uşaqlara hicab vasitəsilə təcavüz edildiyi də irəli sürülüb.

Yazı, əyalətdəki müsəlmanlar tərəfindən kəskin reaksiya ilə qarşılanıb. 

Bu barədə Kanada Müsəlmanları Milli Şurası bəyanatla çıxış edib.

O, tibb işçisi tərəfindən müsəlman qadınlar haqqında çirkin və İslama zidd şərhlərin verilməsini "dəhşətli" adlandırıb.

Şuranın Kvebek üzrə əyalət administratoru Lina El Bakir Kanada Tibb Assosiasiyasına müraciət edib.

O, yazının geri götürülməsini və ictimaiyyətdən üzr istəməsini tələb edib.

Kanadada müsəlman qadınlar tez-tez baş örtüyü ilə bağlı problem yaşayırlar.

Bu yaxınlarda Kvebek əyalətində ibtidai sinif müəllimi dərsdə hicab taxdığı üçün qanunla işdən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31