Qazaxıstanda ölüm hökmü ləğv olunub
23 Dekabr 2021 14:11 DünyaQazaxıstanda ölkə parlamentinin yuxarı palatası olan Senat ölüm hökmünün ləğvi ilə bağlı qanun qəbul edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb. Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.
Belə ki, buna 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin "Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol"unu ratifikasiya etdikdən sonra zərurət yaranıb. Senat da qərarın yaşamaq hüququnu təmin etməyə kömək edəcəyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31