Kabildə partlayış baş verdi
23 Dekabr 2021 13:52 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Pasport Baş İdarəsinin qarşısında partlayış baş verib. Bu barədə Kabil Polis İdarəsindən verilən açıqlamada qeyd olunub.
Açıqlamada itkilərin olmadığı bildirilib.
Daxili İşlər Nazirliyi Pasport Baş İdarəsi binasına girməyə cəhd edən təcavüzkarın zərərsizləşdirildiyini də qeyd olunub..
Pasport İdarəsi dekabrın 23-də Taliban üzvlərinə xidmət göstərdiyi üçün hadisə yerində çoxlu sayda Taliban üzvünün olma ehtimalının yüksək olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31