Almaniyanın xarici işlər naziri Rusiyaya səfəri planlaşdırılır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın yeni xarici işlər naziri Annalena Berbok Rusiyaya səfər dəvətini qəbul edib. 

Bunu dekabrın 22-də  Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq gündəmlə bağlı RT -yə müsahibəsində deyib .

"Annalena Berbok ilə Stokholmda görüşdüm, yaxşı söhbət etdik, məlum səbəblərdən qısa görüş oldu. Təbii ki, mən onun Rusiyaya səfərə dəvətini qəbul etdim" -deyə söyləyib.

Dekabrın 2-3-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. Berbokun xarici işlər naziri vəzifəsinə keçdiyi Almaniyanın yeni federal hökuməti o zaman formalaşırdı, lakin hələ Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmi olaraq təyin edilməmiş və and içməmişdi. Dekabrın 14-də, dekabrın 8-də Berbok rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan sonra Lavrovun alman həmkarı ilə ilk telefon danışığı baş tutub.

Berbok Alman Yaşıllarının liderlərindən biridir və Rusiya və Çini tənqid etməsi ilə tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31