UNESCO rəhbəri 2022-ci ildə Kazana səfər edəcək
22 Dekabr 2021 16:11 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, YUNESKO-nun baş direktoru Odri Azule təşkilatın Ümumdünya İrs Komitəsinin gələn ilin yayında Rusiyanın Kazan şəhərində keçiriləcək sessiyasında iştirak edəcək.
Bu barədə Azulay TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana bildirib.
"Rusiya Ümumdünya İrs Komitəsinin bu yay Kazanda keçiriləcək iclasının təşəbbüskarı olub. Mən bundan çox həyəcanlanıram, çünki mən bir daha Ümumdünya İrs Siyahısına daxil olan bu şəhərə baş çəkəcəyəm"- deyə o söyləyib.
YUNESKO rəhbərinin sözlərinə görə, bu, ümumdünya irsi məsələlərinə həsr olunmuş geniş iclas olacaq. Azule Rusiyanın mədəni və təbii irsin qorunmasına böyük töhfə verdiyini də vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31