Dəhşətli avtobus qəzası baş verdi: 24 yaralı

Olaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Ankarada avtobus qəzası baş verib. Nəticədə 24 nəfər xəsarət alıb. 

Qəza səhər saatlarında Sincan - Ayaş yolunun Yenikənd girişində baş verib. 503 saylı EGO avtobusu körpünün baryerlərinə çırpılıb.

İlkin məlumata görə,  Ankaranın Sincan rayonunda bələdiyyə avtobusu körpü baryerlərinə çırpılıb.
Qəza ilə əlaqədar bölgəyə çoxlu sayda təcili yardım və xilasedici maşın göndərilib.

Müxtəlif xəstəxanalara çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31