Quş qripi xəbərdarlığı: 28 000 heyvan məhv edilib
22 Dekabr 2021 15:48 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali İrlandiyanın Londonderri bölgəsində yeni quş qripi halıaşkarlanıb.Məlumata əsasən, Şimali İrlandiyada bəzi ərazilərdə quş qripi səbəbilə təxminən 28 min ev quşu məhv edilib.Beləliklə, Şimali İrlandiyada son vaxtlar quş qripi halları 3-ə yüksəlib.Ev quşlarında quş qripi aşkar edildikdən sonra biotəhlükəsizlik tədbirləri gücləndirilib.Dekabrın əvvəlində İngiltərədə quş qripi halları ortaya çıxıb və bir çox təsərrüfatlar karantinə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31