Növbədənkənar seçkilər keçiriləcək? - AÇIQLAMA

Türkiyədə erkən seçim olmayacaq, bu məsələdə nöqtəni qoyuram.

Olaylar.az  bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib.

"Bir neçə aydır ki, erkən seçim söhbətləri gəzir. Heç bir erkən seçim olmayacaq, nöqtəni qoyuram. Türkiyə hüquq dövlətidir, müəyyən edilmiş müddətdə seçkilər keçiriləcək. 2023-cü ilin iyununda ən yüksək səviyyədə seçkilərimizi keçirəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, son dövrlərdə Türkiyədə iqtisadi vəziyyətlə əlaqədar növbədənkənar seçkilərin keçirilməsi fikirləri səsləndirilirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31