Torpaq sürüşməsi nəticəsində 100-dən çox şəxs itkin düşdü

Myanmada Kaçin ştatının Phakan bölgəsindəki nefrit karxanasında torpaq sürüşməsi baş verib.Nəticədə 100-dən çox podratçı və axtarışla məşğul olan şəxs itkin düşüb, azı 10 nəfərin öldüyü təxmin edilir. Olaylar.az xəbər verir ki, fəlakətli nəticələrə səbəb olan sürüşmələr tez-tez Phakan bölgəsindəki nefrit karxanalarında baş verir. Ağır texnikanın işlədiyi karxanaların müdiriyyəti həm də fərdi şəxslərə işləmək imkanı verir, onlar tez-tez karxananın anbarında məskunlaşır və maşınların buraxdığı daşları axtarırlar. Karxanada sürüşmə zamanı ən çox ölənlər axtarışla individual məşğul olanlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31