Metroda iki qatar toqquşdu, yaralananlar var

İranın paytaxtı Tehranın metropolitenində iki qatarın toqquşması nəticəsində 10 nəfər yaralanıb.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin mətbuat katibi Seyid Cəlal Maliki bildirib.
Onun sözlərinə görə, hadisə metronun "Çitqar" stansiyasında baş verib. Yaralılardan birinin vəziyyəti ağırdır. Toqquşan vaqonlardan 18 nəfər sağ çıxarılıb.

Hadisə yerində xilasedicilər fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31