ÜST daha bir vaksini təcili istifadə üçün təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı "Novavax" şirkətinin "Nuvaxovid" peyvəndini təcili istifadə edilən dərmanlar siyahısına daxil edib.

Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir. 

"Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi tərəfindən qiymətləndirildikdən və təsdiqləndikdən sonra "Nuvaxovid" üçün Təcili Yardım Məhsulları Reyestrini (EUL) təsdiqləyib", - məlumatda deyilir.

Beləliklə, bu dərman pandemiya zamanı istifadəyə icazə verilən vaksinlər siyahısında oncu olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31