Putin Qarabağdakı sülməramlılardan DANIŞDI
21 Dekabr 2021 16:50 Dünya"Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb".
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib.
"Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub", V.Putin qeyd edib.
Rusiya Prezidenti sülhməramlılara təşəkkürünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31