Bu ölkədə Omikrona görə yeni il şənlikləri ləğv edildi

Böyük Britaniya rəhbərliyi ölkədə koronavirusun "Omikron" ştammının yayılması səbəbindən Trafalqar meydanında keçirilməli olan Yeni il şənliklərini ləğv edib.Olaylar.az xəbər verir ki, bu barədə Londonun meri Sadiq Xan məlumat verib: "Bu, bir çox londonluları çox məyus edəcək, lakin biz virusun yayılmasını azaltmaq üçün düzgün addımlar atmalıyıq".
Dekabrın 8-də Britaniya hökuməti "Omikron" ştammının yaratdığı təhlükə ilə əlaqədar bir sıra məhdudiyyətlər elan edib.
Böyük Britaniyada son günlər sutkalıq 80-90 min koronavirusa yoluxma halı aşkarlanıb. Bunlar pandemiyanın başlanğıcından bəri ölkə üçün rekord göstəricidir. Yoluxanların 60 faizində "Omikron" ştammı aşkarlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31