Yanacaq tankerində partlayış baş verdi: ölənlərin sayı 90 nəfərə çatıb
21 Dekabr 2021 12:25 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Haitinin şimalındakı Cap-Haitien şəhərində yanacaq tankerində baş verən partlayış nəticəsində həyatını itirənlərin sayının 90-a yüksəldiyi bildirilib. Dekabrın 14-də Haitinin şimalındakı Cap-Haitien şəhərində yanacaq daşıyan tankerdə şiddətli partlayış baş verib.Bölgə mətbuatında yer alan xəbərlərə görə, partlayışdan sonra həyatını itirənlərin sayı artıb.Ölkə rəmisləri ölənlərin sayının 15 artaraq 90-a çatdığını, sağlamlıq vəziyyəti ağır olan bir çox insanın müalicəsinin davam etdiyini açıqlayıb.700 min insanın təcili humanitar yardıma ehtiyacı var.
Ölkədə silahlı qrupların həyata keçirdiyi blokada və təhlükəsizlik problemləri səbəbindən 700 min insanın təcili humanitar yardıma ehtiyacı olduğu və ciddi yanacaq böhranının yaşandığı iddia edilir.Haitinin baş naziri Ariel Henri faciə ilə əlaqədar ölkə daxilində üç günlük "rəsmi matəm" elan edildiyini açıqlayıb.