Güclü yanğında 25 nəfər həyatını itirdi

Dekabrın 17-də Yaponiyanın qərbindəki Osaka şəhərində yerləşən binalardan birində baş verən yanğln zamanı həlak olanların sayı 25 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı xəsarət almış, ağır vəziyyətdə xəstəxanaya çatdırılmış gənc qadın çərşənbə axşamı ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 60 yaşlı kişi də daxil olmaqla, daha 3 yaralı hələ xəstəxanadadır.
Qeyd edək ki, yanğın şəhər vağzalının əsas binası yaxınlığında olub. Binada klinika, gözəllik salonu, ingilis dili məktəbi və bir neçə ofis var. Ehtimal olunurdu ki, ziyarətçilər və klinika işçiləri bloklanıb və çölə çıxa bilməyiblər.
Yanğından sonra hadisə yerinə 30-dan çox yanğınsöndürmə texnikası cəlb olunub və alov söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31