Omikron bu ölkədə də görüldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, COVID-19-un Omikron variantının  Panamada da aşkarlandığı açıqlandı.
 Bu barədə Panama Səhiyyə Naziri Luis Fransisko Sucre  mediaya açıqlamasında bildirib.

Panama Səhiyyə Naziri Luis Fransisko Sucre dekabrın 8-də Cənubi Afrikadan ölkəyə gəldiyi aşkarlanan 50 yaşlı kişi xəstədə Omicron simptomlarının olduğunu açıqlayıb.

Xəstənin təmasda olduğu 6 nəfərlə karantinə alındığını bildirən Sucre, "Daha çox yoluxma varmış kimi diqqətli olmalıyıq. Tədbirlərimizi gücləndiririk" -deyə söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31