Sel nəticəsində ölənlərin sayı artdı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 14-ə yüksəlib. 51 minə yaxın insan təxliyə edilib. Bu barədə BBC məlumat yayıb. Məlumata görə,  Malayziyada dekabrın 17-dən etibarən 3 gündür davam edən yağışlardan sonra paytaxt Kuala Lumpurun bir hissəsi su altında qalıb. Əsasən Pahang əyalətindən olan 51 minə yaxın insan təxliyə edilib. Daşqından zərər çəkmiş ərazilərdə 14 nəfər həlak olub.Dekabrın 20-də 7-si Malayziyanın Selangor əyalətində olmaqla 11 nəfərin öldüyü açıqlanıb. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin (NADMA) məlumatına görə, daşqından çox zərər çəkmiş ərazilərə Selangor, həmçinin Kelantan, Terengqanu, Pahang, Melaka, Negeri Sembilan, Perak və Kuala Lumpur daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31