Daha 3 282 nəfər koronavirusa yoluxub
21 Dekabr 2021 11:19 DünyaGürcüstanda son sutkada daha 3 282 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 53 pasiyent vəfat edib.Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.İndiyədək qonşu ölkədə COVID-19-a 913 738 nəfərin yoluxduğu müəyyən olunub, onların 13 169-u ölüb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 3 263 nəfər artaraq 866 339-a çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31