Bolqarıstan Azərbaycan qazının razılaşdırılmış həcmini almaq üçün əlindən gələni edəcək - Baş nazir
20 Dekabr 2021 18:45 DünyaBolqarıstan Azərbaycan qazının razılaşdırılmış həcmini satın almaq üçün əlindən gələni edəcək. Bu, ölkədə qaz qiymətlərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.
Olaylar.az-ın məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petrov deyib.
"Azərbaycan və Bolqarıstan 2021-ci ildən başlayaraq Yunanıstan-Bolqarıstan interkonnektoru ilə ildə 1 milyard kubmetr həcmində tədarüklə bağlı müqavilə imzalayıb. Amma interkonnektorun tikintisi başa çatmadığına görə Azərbaycan qazı Bolqarıstana Kulata-Siderokastro interkonnektoru ilə çatdırılır. Bu ilin doqquz ayı ərzində Bolqarıstan Azərbaycandan 225 milyon kubmetr qaz əldə edib", - deyə nazir bildirib.
Mənbə: trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31