“Bir neçə gündən sonra...” – Çavuşoğludan İstanbuldan İrəvana uçacaq ilk təyyarə ilə bağlı açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən Ermənistanla münasibətlər mövzusuna toxunub.

Olaylar.az  Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, nazir iki ölkə arasında birbaşa təmasların yaradılması üçün xüsusi nümayəndələri təyin etdiklərini söyləyb.

"Nümayəndələr yaxın vaxtlarda görüşəcəklər", - deyən nazir ilk növbədə iki ölkə arasında təyyarə reyslərinin açılacağını bildirib:

"Bəzi şirkətlər İstanbul-İrəvan arasında uçuşların bərpa edilməsini istəyib. Uçuşların bərpa edilməsi müzakirə edilir. Yəqin ki, bir neçə gündən sonra həmin şirkətlər uçuşlara başlayacaq. Ermənistanla bağlı bütün qərarları Azərbaycanla razılaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31