Omikrondan ölüm halları artdı
20 Dekabr 2021 15:00 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya dekabrın 20-də Korona virusun yeni Omikron variantından 12 nəfərin öldüyünü açıqlayıb.
Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Britaniya baş nazirinin müavini Dominik Raabdan bildirib ki, vətəndaşların koronavirusun Omikron variantına yoluxması nəticəsində 12 nəfər ölüb.
Əlavə olaraq, hazırda Omikron infeksiyasından xəstəxanalarda müalicə olunan 104 nəfər var.
İngiltərə Səhiyyə Təhlükəsizliyi Agentliyi dekabrın 19-da Omikron variantının 12,133 yeni təsdiqlənmiş halının qeydə alındığını və ölkədə Omikron ilə birlikdə infeksiyaların ümumi sayını 37,101-ə çatdırdığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31