Gürcüstanda "Omikron"a yoluxma halları qeydə alınıb
20 Dekabr 2021 14:51 DünyaGürcüstanda koronavirusun yeni "Omikron" stamına iki yoluxma faktı təsdiqlənib.
Olaylar.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, yeni ştamın aşkarlandığı şəxslər Gürcüstan vətəndaşlarıdır: "Onlardan biri Dubay, digəri isə ABŞ-dan gəlib. Hər ikisi təcrid olunub, təmasda olduqları 26 nəfərlə bağlı araşdırmalar aparılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31