Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin yaxın vaxtlarda görüşü planlaşdırlır
20 Dekabr 2021 14:49 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri yaxın vaxtlarda görüş keçirə bilərlər.
Bu barədə dekabrın 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Malayziyanın xarici işlər naziri Sayfuddin Abdullah ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
"Münasibətlərin normallaşması prosesinə başlamaq üçün biz xüsusi nümayəndələr təyin etmişik. Onlar yaxın gələcəkdə danışıqlar aparacaqlar", - deyə Çavuşoğlu söyləyib.
Onun sözlərinə görə, İstanbul və İrəvan arasında aviareyslərin təşkili imkanları da nəzərdən keçirilir.
Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı xüsusi nümayəndə, İrəvana isə parlament sədrinin müavini Ruben Rubinyan təyin edib.
Ümumi sərhəddə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv etdiyini açıqlayıb.