Çilinin yeni prezidenti təyin olundu- Qabriel Borek

Olaylar.az xarici KİV-ə istinadənn xəbər verir ki, Çilidə keçirilən prezident seçkilərinin ikinci turunda solçu koalisiyanın namizədi Qabriel Borek  50%  səs çoxluğu ilə  qalib gəlib.

Bu barədə Agence France-Presse-in məlumatında bildirilib. 

Məlumata görə, Mərkəzi Seçki Komissiyası bu gün yaydığı bəyanatda bildirib ki, solçu koalisiyanın namizədi Qabriel Borek 54,72 faiz, sağçı namizəd Xose Antonio Kaste isə 45,28 faiz səs toplayıb.

Dekabrın 19-da  Çilidə seçicilər prezident seçkilərinin ikinci turunda səs vermək üçün yola düşüblər.

Çilidəki seçicilər keçən noyabrın 21-də Konqresin keçmiş sağçı üzvünün solçu namizədlə rəqabət apardığı ən maraqlı prezident seçkilərinə geniş şəkildə səs veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31