Ölənlərin sayı 298222 nəfərə çatıb
20 Dekabr 2021 13:14 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı son sutkada 27 022 artaraq 10 241 812 nəfərə çatıb.
Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.
Yoluxanların nisbi artım tempi 0,26% təşkil edib.
Xüsusilə də, son sutkada Moskvada -2630 , Sankt-Peterburqda- 1958, Moskva vilayətində- 1935, Krasnoyarskda- 642, Permdə- 619, Sverdlovskdə- 615 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.
Hazırda Rusiyada müalicə olunan xəstələrin sayı 928 610 nəfərə düşüb.
Ölənlərin sayı ötən gün 1023-ə qarşı gündə 1019 artaraq 298222-yə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31