İsrail əsgərləri fələstinliləri güllələləyərək yaraladı
20 Dekabr 2021 12:32 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, İşğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 15 fələstinli İsrail əsgərləri tərəfindən rezin güllələrlə yaralanıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada bildirilib. Məlumata görə, Nablusun şimalındakı Burka kəndində baş verən hücum zamanı İsrail əsgərlərinin 15 fələstinlini rezin güllələrlə yaraladığı, 52 nəfərin isə gözyaşardıcı qazdan təsirləndiyi və bölgədə müalicə edildiyi bildirilib.
İsrail əsgərlərinin himayəsində olan yəhudi mühacirlər Burqa kəndi yaxınlığındakı Humeş qəsəbəsindən keçən fələstinlilərə daş ataraq hücum edib.
Dekabrın 17 və 18-də yəhudi köçkünlər İordan çayının qərb sahilində bəzi kəndlərə basqın edərək, fələstinlilərin evlərini yandırıb və mülklərinə ziyan vurublar.