Tayfun qasırğası nəticəsində ölənlərin sayı 200-ü ötdü

Olaylar.az xarici KİV-ə istinadən xəbər vereir ki, Filippində təsirli olan "Rai" qasırğasında ən azı 208 nəfərin öldüyü bildirilib.

Sürəti saatda 195 kilometrə çatan tayfun qasırğası  səbəbindən 300 mindən çox insan evlərini tərk etməli olub.

Xüsusilə ölkənin cənub və mərkəzi rayonlarında təsirli olan təbii fəlakət nəticəsində evlər dağılıb, milyonlarla insan daşqınlardan zərər çəkib.

Filippin polisi insan təlafatının 208-ə çatdığını, ən azı 239 nəfərin yaralandığını, 52 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Axtarış-xilasetmə işlərində hərbi, polis, sahil mühafizəsi və yanğınsöndürmə qrupları da daxil olmaqla minlərlə şəxsi heyətin iştirak etdiyi bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31