Sərnişinləri daşıyan mikroavtobus aşıb

Olaylar.az TASS-a istinadən xəbər verir ki, On sərnişini olan mikroavtobus dərəyə aşıb, nəticədə bir nəfər xəsarət alıb.Bu barədə bazar ertəsi TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib."Saat 07:42-də Mıtişidə, Belyaninovo - Pavedniki magistralının 3-cü km-də 10 sərnişini olan marşrut xətti ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus arxa aşıb. İlkin məlumata görə, qəza nəticəsində  bir nəfər xəsarət alıb." -deyə  mətbuat xidmətindən bildiriblər. Hadisə yerində yol polisi əməkdaşları araşdırmalar aparır, qəzanın baş vermə səbəbləri aydınlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31