“Vaksin olunmayanlar üçün ölümcül qış gəlir” – Co Baydendən XƏBƏRDARLIQ
18 Dekabr 2021 14:38 DünyaABŞ prezidenti Co Bayden qış fəslinin təhlükəli olacağını açıqlayıb.
Olaylar.az bildirir ki, Ağ Ev sahibi "Omicron" variantına qarşı tək müdafiənin peyvənd olduğunu deyərək, vaksin qəbul etməyənlər üçün qışın ölümcül keçə biləcəyini istiqamətində xəbərdarlıq edib.
O, "Əgər insanlar yaxın zaman ərzində vaksin vurdurmasalar, çox təhlükəli bir qışla qarşılaşacaqlar. "Omicron" ştamı hazırda burada yayılır və yoluxma sayı da davamlı artacaq. Vaksin olunmayanlar üçün şiddətli xəstəlik və ölüm qışı gəlir", - deyə C.Bayden söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31