Tanınmış sənətçiyə silahlı hücum: Məktəbin qarşısında güllələndi - FOTO

Meksikanın tanınmış müğənnisi, aktrisa Tania Mendoza güllələnib.

Olaylar.az xəbər verir ki, sənətçi məktəbin qarşısında oğlunu gözləyərkən, hücuma məruz qalıb. O, hadisə yerində həyatını itirib. Məlumata görə, 10 il əvvəl naməlum şəxslər tərəfindən qaçırılaraq bir neçə gün sonra sərbəst buraxılan aktrisa, uzun müddətdir ölüm təhdidləri alırdı. Hadisə barədə araşdırma aparılır.

Qeyd edək ki, 42 yaşlı Tania 2005-ci ildə "La Mera Mera Reyna del Sur" filmində oynadığı rol ilə nüfuz qazanıb. Son illər ərzində o aktrisa fəaliyyətinin dayandırıb musiqi ilə məşğul olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31