Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də  Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək.

Bu barədə Rusiya  dövlət başçısının mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında  bildirib.

"Prezident günortadan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək", - deyə  Peskov söyləyib.

O xatırladıb ki, dekabrın 17-də  dövlət başçısı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında iştirak edir.

Əlavə olaraq, Putin axşam saatlarında beynəlxalq telefon danışığı aparacaq Peskov qeyd edib.

Prezident cümə günü Kremldə işləyir, onun daha bir neçə qeyri-ictimai görüşləri və konfransları planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31